Bu pendirləri qətiyyən almayın: İnsanlara məhsul əvəzinə “zəhər” satılırbackend

Bu pendirləri qətiyyən almayın: İnsanlara məhsul əvəzinə "zəhər" satılır

Sosial şəbəkələrdə son günlər mağaza və bazarlarda çəki ilə satılan pendirlərin tərkibinin gizlədilməsi geniş müzakirə olunur. Alıcılar bildirirlər ki, məhsulun üzərində nə istehsal tarixi, nə də tərkibi göstərilir. Halbuki qanunvericilik hər bir istehlakçının aldığı məhsul haqqında dolğun məlumat alma hüququnu təmin edir. Bəs bu qaydaların pozulması nəzarətsizliyin, yoxsa istehsalçıların məsuliyyətsizliyinin nəticəsidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, Azərbaycan əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalı və etiketlə təmin edilməlidir:

Eyyub Hüseynov: 'Şadlıq saraylarında müştərilərə köhnə yeməklər verirlər' -  VİDEO

“Qərara görə, məhsulun buraxılma tarixi, son istifadə müddəti və digər məlumatlar etiketdə göstərilməlidir. Lakin bu tələblər çox hallarda pozulur. Biz görürük ki, bazarlarda pendir, yağ, şor kimi məhsullar açıq şəkildə, qablaşdırılmadan satılır. Bu isə istehlakçının mal haqqında informasiya alma hüququnun pozulmasıdır”.

Eyyub Hüseynov qeyd edib ki, bəzi istehsalçılar qablaşdırmaya əlavə vəsait xərcləməmək üçün məhsulları bu formada satışa çıxarırlar:

“Bu, istehlakçıları aldatmaqdır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların məhsul haqqında məlumat alma hüququnun təmin olunmasına nəzarət etməlidir”.

Ekspert əlavə edib ki, istehlakçı açıq satılan məhsulun buraxılma tarixi, yararlılıq müddəti və digər məlumatları satıcıdan tələb etmək hüququna malikdir:

“Satıcı bu məlumatları alıcıya təqdim etməyə borcludur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*