Bu prezident də Trampın tövsiyə etdiyi koronavirus dərmanını qəbul edirbackend

Bu prezident də Trampın tövsiyə etdiyi koronavirus dərmanını qəbul edir

Salvador prezidenti Nayib ​​Bukele ABŞ prezidenti Donald Tramp tərəfindən koronavirusa qarşı tövsiyə edilən hidroksixloroxin dərmanını qəbul etdiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Bukele ÜST tövsiyələrindən sonra Salvadorun bu dərmanı koronavirusa qarşı müalicə olaraq qəbul etmədiyini deyib: “Ancaq insanlar istəsələr, bunu qəbul edə bilərlər”.

“Mən dərmanı bir profilaktik tədbir olaraq qəbul edirəm. ABŞ prezidenti Donald Tramp da eynisini edir. Dünya liderlərinin əksəriyyəti bundan qabaqlayıcı tədbir kimi istifadə edirlər” bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*