Abşeron rayonunun Masazır kəndində Rafiq Dünyamalıyev küçəsinin asfalt hissəsi pis vəziyyətdədir.
KONKRET.az xəbər verir ki, sakinlər qeyd ediblər ki, bu səbəbdən şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər.
Həmçinin kanalizasiya sistemi də daşdığı üçün sakinlər ətrafa pis qoxunun yayıldığını vurğulayıblar.
Masazır Kənd Bələdiyyəsindən bildirilib ki, küçə nəzarətə götürülüb və tez bir zamanda həmin yolun inşasına başlanılacaq.
Daha ətraflı ARB TV-nin videomaterialında: