SON DƏQİQƏ! Bu qurumun əməkdaşları onlayn rejimə KEÇDİbackend

SON DƏQİQƏ! Bu qurumun əməkdaşları onlayn rejimə KEÇDİ

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək.

KONKRET.az xəbər verir ki, Hökumət Evində yerləşən qurumlardan “Qafqazinfo.az”a məlumatı təsdiqləyiblər.

Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.

Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.

Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*