Şahbuz rayonunda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, ilkin mərhələdə RİH uşaq əyləncə atraksionları sifariş etməyə hazırlaşıb. Atraksionların qurulacağı sahə narın qumla düzəldiləcək.
Sifariş edilən atraksionlar iki və üç qülləlidir. Atraksionlar yalnız 5 və yuxarı yaş uşaqlar üçün nəzərdə tutulub.