Bu rayonlarda leysan yağırbackend

Bu rayonlarda leysan yağır

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağıb, bir neçə dəqiqə dolu düşüb.

KONKRET.az xəbər verir ki, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Meyvə ağaclarına, təsərrüfata qismən ziyan dəyib.

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çağır.

Hava şəraitinin yaratdığı başqa fəsadlarla bağlı hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda və Gəncə şəhərlərində də müşahidə olunur. İldırım və yağıntılı hava şəraiti eləcə də, Göygöl, Gədəbəy, Şəmkir və Samux rayonlarında da müşahidə edilir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*