Bu rayonlarda sutəmizləyici qurğular quraşdırılıb – AÇIQLAMAbackend

Bu rayonlarda sutəmizləyici qurğular quraşdırılıb - AÇIQLAMA

Azərbaycanın bütün rayonlarında su təchizatı və təmizləyici qurğu komplekslərinin tikilməsi nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bu gün feysbukda canlı yayımda bildirib. O qeyd edib ki, hazırda ölkədə 20-dən artıq rayonda sutəmizləyici qurğular quraşdırılıb. Bu qurğular vasitəsilə su mənbələrində formalaşan təsərrüfat suları təmizlənir.

“Sahildən su mənbələrinə axıdılan təsərrüfat mənşəli sular var. Bunlar mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi vasitəsilə təmizləyici qurğulara yönəldilməlidir. Harada ki, qurğular yoxdur, həmin ərazilər çirklənməyə məruz qalır. Bu çirklənmənin qarşısını almaq üçün dövlət tərəfindən proqram tərtib olunub. Kanalizasiya şəbəkəsi olmayan ərazilərdə kompleks tədbirlər həyata keçirilir, mərkəzləşdirilmiş şəbəkə qurulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*