“Bu rejim də bütün rejimlər kimi bir gün yıxılacaq” – Lilit Qalstyanbackend

“Bu rejim də bütün rejimlər kimi bir gün yıxılacaq” - Lilit Qalstyan

“Deyəsən, qırmızı beretin Ermənistanın  müdafiəsiz vətəndaşını günün günorta çağı yıxmasına çox təəccübləndiniz. Bu, Dilican kriminal polisinin rəisinin bu günlərdə geniş yayılmış əxlaqsız davranışının hələ də həzm olunmadığı bir şəraitdə həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, Lilit Qalstyan özünün Facebook səhifəsində belə yazıb.

O vurğulayıb ki, “Əslində heç nə təsadüfi və ya məntiqsiz deyil. Bütün bunlar siyasi çoxluğun və Nikolun özünün yaratdığı dəyərlər sisteminin bəhrəsidir.

Milli Assambleyanın sədri Alen Simonyan açıq şəkildə, kişiliyə sığmayan, tərzdı ölkə vətəndaşının üzünə tüpürüb cəzasız qalandar biz susduq.

Ermənistan Respublikası Milli Assambleyasının katibi Artur Akopyan Ermənistan Respublikası Milli Assambleyasının İnsan Hüquqları Komissiyasının iclasında namizədin birinə “dilini kəsəcəyəm” və digər zorakılıq çağırışları ilə hücum edərkən danışmadıq.

Xalqımız hələ də bu antimilli, anti-vətənpərvər rejimi saxlayırlar. Amma bu rejim də bütün rejimlər kimi bir gün yıxılacaq. Onları heç nə xilas etməyəcək. Cavab vermə vaxtı gələcək. Hələlik ölkə daxildən və xaricdən mühasirəyə alınıb, bütün mənəvi sərhədlər silinib. Ayıb olsun ki, biz hələ də buna dözə bilirik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*