“Bu rəqəmlərə görə danışıqlarda gərginlik yarandı” – Paşinyanbackend

“Bu rəqəmlərə görə danışıqlarda gərginlik yarandı” - Paşinyan

“Danışıqlar masasında baş verənlərlə bağlı çox mötərizələri açmayaq, çünki danışıqlar otağındakı atmosfer onsuz da müsbət deyil və şərhlər mövcud potensialı azalda bilər”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.

Buna baxmayaraq, hökumət başçısı danışıqlar zamanı Ermənistanın 29 800 kvadrat kilometrlik ərazisi ilə bağlı bir epizoddan danışıb. O, bildirib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etsələr də, Brüsseldəki danışıqlar zamanı obyektiv məlumatlara istinad etmək təklif edilib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının sədrinə ötürülən həmin məlumatlar dərc edilib.

“Sonra rəqəmlərin yuvarlaqlaşdırıldığı məlum oldu. O cümlədən Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistanın ərazisinin 29 800 kvadrat kilometrdən az – 29 743 kvadrat kilometr göstərilməsini diqqətimizə çatdırdı. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlərlə bağlı aparılan müzakirələrə görə müəyyən gərginliklər yarandı”, – Paşinyan deyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*