Bu seçki məntəqələrinin yaradılması müddəti başa çatırbackend

Bu seçki məntəqələrinin yaradılması müddəti başa çatır

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması müddəti başa çatır.

KONKRET.az xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Belə ki, qeyd edilən seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalanadək, yəni 2023-cü il dekabrın 19-dək yaradılmalıdır.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*