Bu şəhərdə 25 il öncə törədilən cinayətin üstü açıldı – Polis qatili yaxaladıbackend

Bu şəhərdə 25 il öncə törədilən cinayətin üstü açıldı – Polis qatili yaxaladı

Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad və Tula üzrə idarələrinin əməkdaşları 25 il bundan əvvəl baş verən qətl hadisəsini araşdırmağa müvəffəq olublar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in Volqoqrad İdarəsinin saytında yer alıb.

Mənbə bildirir ki, əməliyyatçılar 1995-ci ildə Volqoqradda tanışını öldürən 51 yaşlı rusiyalını saxlayıblar. Hazırda ona qarşı “qətl” maddəsi ilə cinayət işi başlanıb.

Bütün bu müddət ərzində təcavüzkar federal axtarışda olub. O vaxtdan bəri adını və soyadını dəyişdirə bilib, həmçinin Tulada evlənib və orada yaşayıb.

Cinayətkarı genetik ekspertiza sayəsində tapmaq mümkün olub. Saxlanılan şəxsin həmin cinayət işinə aid olduğu təsdiqlənib.

O, hazırda Volqoqradda polis müstəntiqlərinə təhvil verilib. Təcavüzkar yalnız pasportunu saxtalaşdırdığını etiraf edib, cinayətə dair suallara isə cavab verməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*