Bu şəhərdə 50 milyona kanalizasiya sistemi qurulacaqbackend

Bu şəhərdə 50 milyona kanalizasiya sistemi qurulacaq

“Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə işlərə başlanılıb.

KONKRET.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən məlumat yayıb.

Bildirilib ki, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması, yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur.

Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*