“Bu, səhv qərar idi” – Amerikalı generaldan şok Türkiyə açıqlamasıbackend

“Bu, səhv qərar idi” – Amerikalı generaldan şok Türkiyə açıqlaması

“Məncə, keçmişdə YPG-yə silah vermək səhv idi”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Avropa Qüvvələrinin komandanı, general Ben Hodces deyib.

“Bu, o dönəmdə verilən taktiki qərar idi. YPG İŞİD-lə mübarizə aparan ən təsirli güc kimi qəbul olunurdu. Amma indi bu qərarın səhv olduğunu Türkiyə ilə münasibətlərə zərər verməsindən anlayırıq. Ümid edirəm ki, yeni hökumət bu qərarı yenidən nəzərdə keçirəcək və İŞİD-lə mübarizədə başqa bir qərar verəcək. Çünki bu səhv idi və bu səhvi düzəldə bilərik. YPG ilə müvəqqəti əlaqələrin yerinə, Türkiyə ilə münasibətlərimizi düzəltməyə çalışmalıyıq”, – general bildirib. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*