Bu sektorda işləyənlərin NƏZƏRİNƏ: Həftədə azı 2 gün istirahət hüququnuz varbackend

Bu sektorda işləyənlərin NƏZƏRİNƏ: Həftədə azı 2 gün istirahət hüququnuz var

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, mağaza işçiləri də digər sahələrdə çalışanlarla eyni hüquq və vəzifələrə malikdirlər”.

Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir" Pravda.az

“Qanunvericiliyə görə, 5 günlük iş həftəsində işçilərə mütləq şəkildə iki gün, adətən şənbə və bazar istirahət verilməlidir. 6 günlük iş həftəsində isə yalnız bir gün istirahət nəzərdə tutulur”.

Onun sözlərinə görə, əmək məcəlləsində mühüm bir müddəa da yer alır: Bir iş günü ilə növbəti arasında azı 12 saat fasilə olmalıdır.

“Məsələn, vətəndaş bu gün işə gəlibsə, üzərindən 5 saat keçdikdən sonra onu yenidən işə çağırmaq olmaz. Bu fasilə ən azı 12 saat olmalıdır,” – deyə hüquqşünas vurğulayıb.

Tağı Hüseynov qeyd edib ki, nahar fasiləsi iş saatına daxil edilmir və adətən 1 saat müddətində verilir. İşçilərin istirahət vaxtı və rejimi isə müəssisənin tərtib etdiyi cədvəllə tənzimlənir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*