Bu şəxslər 4000 manat maaş ala bilər – ŞƏRTLƏRbackend

Bu şəxslər 4000 manat maaş ala bilər - ŞƏRTLƏR

Azərbaycanda özəl məktəblərlə bağlı məsələlər vaxtaşırı müzakirəyə çıxarılır. Qeyd olunur ki, sözügedən təhsil ocaqlarında xidmət qənaətbəxş olsa da, qiymətlər çox bahadır. Hətta aylıq 3-4 min manatdan tutmuş 18-30 min manata qədər astronimik rəqəmlərin təklif edildiyi bildirilir.

Özəl məktəblərdə təhsil haqları niyə bu qədər yüksəkdir? Onları digərlərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, əvvəllər valideynlər özəl məktəbi yalnız dövlət təhsilindən məmnun olmadıqları üçün alternativ kimi görürdülər:

Lakin indi bu sektor öz daxilində elit və orta səviyyəli məktəblər olaraq sosial təbəqələşmənin güzgüsünə çevrilib. “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsinə əsasən, özəl təhsil müəssisələri dövlət tərəfindən müəyyən edilmiş minimum təhsil tələblərinə uyğun fəaliyyət göstərməli və təhsilalanlara keyfiyyətli təhsil xidmətləri təqdim etməlidir. Real vəziyyətdə bu minimum standartlar ciddi fərqlənir. Belə ki, yüksək təhsil haqlı məktəblər beynəlxalq akkreditasiyaya malik proqramlar – IB (International Baccalaureate), Cambridge Assessment, Edexcel, American Curriculum – əsasında təhsil təqdim edir, təkcə yerli deyil, beynəlxalq miqyasda tanınan sertifikatlar verir. Belə məktəblərdə təhsil alan şagirdlər təhsillərini birbaşa xarici universitetlərdə davam etdirmək imkanı əldə edirlər. Aşağı təhsil haqlı özəl məktəblərdə isə bu imkanlar ya məhduddur, ya da ümumiyyətlə yoxdur”.

kamran esedov

Kamran Əsədov

Ekspert bildirib ki, 2024-cü il üzrə Bakıda fəaliyyət göstərən 150-dən artıq özəl məktəbdən təxminən 20-si yüksək təhsil haqlı, beynəlxalq proqramlı məktəblər qrupuna daxildir:

“Onların illik təhsil haqları 12-18 min manat arasında dəyişir. Yüksək təhsil haqlı məktəbləri fərqləndirən əsas xüsusiyyətlərdən biri də müəllim heyətinin keyfiyyətidir. Bu məktəblərdə çalışan müəllimlər ya xaricdə təhsil almış, ya da beynəlxalq təlimlər keçmiş, sertifikatlı şəxslərdir. Onların aylıq əməkhaqqısı 2500–4000 manat arasında dəyişir. Halbuki, aşağı qiymətli məktəblərdə müəllim maaşları 700–1000 manat civarındadır. Bu fərq müəllimin motivasiyası, resurslara çıxışı və tədris keyfiyyəti baxımından ciddi təsir yaradır. İnfrastruktur məsələsi də qiymət fərqinin formalaşmasında həlledici rol oynayır. Yüksək haqlı məktəblər şagirdlərə müasir texnologiyalarla təchiz olunmuş STEAM laboratoriyaları, robototexnika otaqları, VR əsaslı siniflər, simulyasiya mərkəzləri, çoxdilli kitabxanalar və hətta psixoloji dəstək mərkəzləri təqdim edir. Bəzi hallarda məktəbin daxilində musiqi studiyası, dram teatrı, atçılıq meydanı və ya qolf sahəsi də mövcuddur. Bu isə təkcə tədris deyil, şagirdin psixososial inkişafına d

a yönəlik kompleks yanaşmadır. Aşağı qiymətli məktəblərdə isə əsas infrastruktur sinif otaqları, ibtidai idman zalı və sadə kitabxana ilə məhdudlaşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*