Bu şəxslər də Rusiya ordusunda xidmət edə biləcək – YENİ QANUNbackend

Bu şəxslər də Rusiya ordusunda xidmət edə biləcək - YENİ QANUN

Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə silahlı qüvvələrdə və hərbi birləşmələrdə xidmət keçmək üçün müqavilə bağlamaq hüququ verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

KONKRET.az xəbər verir ki, dəyişikliklər aprelin 18-də aşağı palatanın rəsmi saytında dərc olunub.

“Təşəbbüs “hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələri, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri özündə ehtiva edir. Onların hazırkı versiyalarına görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici ölkə vətəndaşları da xidmət edə bilər. Qanun qəbul olunarsa, dərc edildiyi gündən qüvvəyə minəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*