Bu il Günəşdən Yerə doğru ən böyük kütlə atılması baş verib.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Araşdırmalar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının “Telegram” kanalında məlumat yayılıb.
Bildirilir ki, hadisə Moskva vaxtı ilə saat 03:05-də (Bakı vaxtı ilə saat 04:05 – red.) Günəşdə gücünə görə M8.2 səviyyəsində baş vermiş partlayışın nəticəsi olub.
Məlumata görə, sözügedən atılma Yerdə çox güclü maqnit qasırğaları törədə bilər.