Bu şəxslərə yeni vəzifə verildi – ADLARbackend

Bu şəxslərə yeni vəzifə verildi - ADLAR

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıb:

– Rəhimli Elşən Moqif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

– Əhmədov Əzizağa Nəriman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

– Tağıyev Çingiz Həsən oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

– Yaqubov Sakit Məmədi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru.

Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub:

– Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini

– Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini

– Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri

– Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*