Bu şirkət hər 49 saniyədə bir avtomobil SATIBbackend

Bu şirkət hər 49 saniyədə bir avtomobil SATIB

Amerikanın “Ford” korporasiyası keçən il 640 min F seriyalı avtomobil satıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da hər 49 saniyədə bir pikap satılıb, bu da onları 46 il dalbadal ölkənin ən populyar avtomobilinə çevirib.

Bildirilib ki, satılan pikaplar bir-birinin ardınca qoyulsa, uzunluğu təxminən 3860 kilometr olan bir avtomobil zənciri alınar.

Şirkətin yeni nəsil “F-Series Super Duty” üçün əvvəlcədən 150 000 sifariş alması “Ford” pikaplarının populyarlığını sübut edir.

Qeyd edək ki, “F-Series” avtomobilləri 1947-ci ildən istehsal olunur. İndiki nəsil artıq ardıcıl on dördüncüdür. “Ford” keçən il 40 milyonuncu “F-Series” avtomobili istehsal edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*