Bu şirkətdə çalışanlara 4 mövzunun müzakirəsi QADAĞAN EDİLDİbackend

Bu şirkətdə çalışanlara 4 mövzunun müzakirəsi QADAĞAN EDİLDİ

“Meta” işçilərə şirkətdə “çaşqınlıq yaradan” məsələləri müzakirə etməməli olduqlarını tapşırıb.

KONKRET.az Business Insider-ə istinadən xəbər verir ki, “Meta”nın İnsan Resursları Departamentinin rəhbəri Lori Goler yeni qaydaların şirkətdaxili yazışmalarda dərhal qüvvəyə minəcəyini bildirib və danışılmaması lazım olan məsələlər aşağıdakı kimi müəyyən edilib:

1. Abort

2. Peyvəndlərin uğurlu nəticələri,

3. Silah sahibi olmaq hüququ

4. Seçki və vətəndaş hərəkatları

Goler deyib: “Bunu ona görə edirik ki, biz daxili müzakirələrimizin hörmətli, məhsuldar və diqqət mərkəzində qalmasına əmin olmaq istəyirik”.

Bildirilir ki, yeni qaydalar “Meta”da bu məsələlərin həlli işinə daxil olan işçilərə şamil edilmir.

Goler deyir ki, yeni qaydalar üç prinsipə əsaslanır: İşə diqqət yetirmək, ləyaqətlə işləmək və şirkət məlumatlarını qorumaq. O, həmçinin işçilərə bildirib ki, “Meta” bundan sonra siyasi narahatlıqlarla bağlı ictimai mövqe tutmayacaq və yalnız işlə bağlı məsələləri həll edəcək.

Qeyd edək ki, Google və Coinbase şirkətlərinin də işçilərindən oxşar gözləntiləri var. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*