“Bu sirrdir – nə baş verir, bilinmir? – Kosmosda naməlum ŞÜAbackend

"Bu sirrdir - nə baş verir, bilinmir? - Kosmosda naməlum ŞÜA

“Teleskop Array” layihəsinin alimləri hələ də dəqiq təbiəti olmayan kosmik şüanın kəşfi barədə məlumat veriblər.

KONKRET.az xəbər verir ki, tədqiqatçıların fikrincə, bu, müşahidələr tarixində ikinci ən güclü kosmik şüadır. Hazırda yeni hissəciyin mənşəyi müəyyən edilməyib.

Yuta Universitetinin “Teleskop Array”-dan olan nümayəndəsi Con Metyus qeyd edib ki, ekspertlər şüanı təşkil edən yeni hissəciyin mənbəyə qədər trayektoriyasını izləyiblər. “Siz onu istehsal etmək üçün kifayət qədər yüksək enerji səviyyəsinə malik heç nə müəyyən edə bilməzsiniz. Bu sirrdir – nə baş verir, bilinmir? – deyə o bildirib.

Universitetdən isə əlavə ediblər ki, 1991-ci ildə “Milçək gözü” adlı təcrübə zamanı 700 kvadrat kilometrlik teleskopik massiv vasitəsilə müşahidələr tarixində ən güclü kosmik şüalar qeydə alınıb. Onlar tədqiqatçıların “Oh My God” adlandırdıqları hissəciklərdən ibarət idi. Astrofiziklər izah ediblər ki, qalaktikada heç bir şey belə bir axın yarada bilməz və hissəciyin enerjisi nəzəri olaraq kosmik şüalar üçün mümkün olduğundan daha yüksəkdir.

2021-ci ilin may ayında “Telescope Array” layihəsinin mütəxəssisləri kosmik şüaların ikinci ən güclü axını kəşf ediblər. 2023-cü ilin noyabrında dərc olunan məqalədə hissəciklərin “Amaterasu” adlandırıldığı bildirilir. Alimlərin fikrincə, onlar elmə məlum olmayan elementar hissəciklərin qanunları na uyğun hərəkət edir.

Bundan əvvəl Naqoya Universitetinin (Yaponiya) alimləri fövqəlnova qalıqlarında əmələ gələn kosmik şüaların miqdarını müəyyən etmişdilər. Bu, Yer atmosferinin yuxarı təbəqələrində tapılan sirli şüalanmanın mənşəyinin əsrlər boyu davam edən sirrini açmağa imkan verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*