Türkiyədə qızlardan ibarət “Manifest” adlı rok qrupu barədə prokurorluq istintaqa başlayıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, prokurorluğun açıqlamasına görə, 6 sentyabrda baş tutan 18+ konsert zamanı qrup üzvlərinin geyim və rəqs performansları “nalayiq hərəkətlər” və “ictimai əxlaq və ədəb qaydalarını pozmaq” kimi qiymətləndirilib.
Qeyd olunur ki, bu davranışlar “ictimai ədəb-ərkan, təvazökarlıq və əxlaqi dəyərlərin pozulması” ilə əlaqələndirilir.
Məsələ ilə bağlı Türkiyə Cəza Məcəlləsinin 225-ci maddəsinə əsasən cinayət işi açılıb, əlavə araşdırmalar aparılır. Hüquq-mühafizə orqanlarına şübhəlilərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib.
Manifest qrupunun konserti sosial mediada böyük rezonans doğurub. Təxminən 12 min tamaşaçının izlədiyi şou zamanı qrupun qara geyimləri və enerjili rəqsləri bəziləri tərəfindən cəsarətli addım kimi qarşılansa da, digərləri isə “dəyərsiz və nalayiq” adlandırıb.
Qrupun növbəti konserti “geyim qaydaları” səbəbilə ləğv edilib.