“Bu suala cavab verməyəcəm, ailəmizin şəxsi işidir” – Tənzilə Rüstəmxanlıbackend

“Bu suala cavab verməyəcəm, ailəmizin şəxsi işidir” – Tənzilə Rüstəmxanlı

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar artıq siyasi partiyalar və müstəqil namizədlər öz iştiraklarını açıqlayırlar. 

KONKRET.azın xəbərinə görə, demokrat.az-a açıqlamasında parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı hələ ki belə bir adım atmadığını deyib:

“Mən bu suala cavab vermək istəmirəm. Bu məsələni müzakirə etmək hələ çox tezdir. Mən hələ ki elə bir addım atmamışam. Elə bir fikrim olsa, biləcəksiniz. Bu mənim və ailəmizin şəxsi işidir. Sabir bəy cəmiyyətdə sevilən bir deputatdır. Sabir bəy bu millətə, vətənə çox gözəl xidmət edib. Sadəcə millət vəkili olaraq deyil, o, həm də bu millətin nəhəng daşlarından biridir. Ümumiyyətlə, seçkilərlə bağlı bu mövzuda danışmaq istəmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*