Bu tarixdən ABŞ-nin Ukraynaya yardım üçün pulu tükənəcəkbackend

Bu tarixdən ABŞ-nin Ukraynaya yardım üçün pulu tükənəcək

“ABŞ Müdafiə Nazirliyinin dekabrın 30-dək Ukraynaya yardım etmək üçün pulu tükənəcək”.

KONKRET.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, bunu Pentaqonun nəzarətçisi Maykl Makkord deyib.

Nəşr qeyd edir ki, əslində Pentaqon ilk dəfə olaraq Konqresin yeni maliyyələşdirməni təsdiqləmədiyi halda Ukraynaya yardım üçün vəsaitin nə vaxt tükənəcəyi dəqiq tarixi göstərib.

“Müdafiə Nazirliyi son 1,07 milyard dolları ehtiyatdan çıxararaq Ukraynaya göndərilən yeni silah və avadanlıqların alınmasına xərcləyir”, – deyə Maykl Makkord bildirib.

O əlavə edib ki, bu vəsait ayrılandan sonra Nazirlik Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün əlində olan maliyyəni tükədəcək.

Makkord bunu Nümayəndələr Palatasının və Senatın müdafiə siyasəti və ayırma komitələrinin rəhbərlərinə yazdığı məktubda bildirib. Məktub prezident Co Baydenin Ukraynaya yardım üçün tələb etdiyi 60 milyard dollardan çox vəsaitin təsdiqlənməsi üçün ABŞ Konqresinə təzyiq etmək məqsədi daşıyır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*