“Bu, təhqir və hörmətsizlikdir” – Zaxarova almanları TƏNQİD ETDİbackend

"Bu, təhqir və hörmətsizlikdir" - Zaxarova almanları TƏNQİD ETDİ

“Rusiya və Belarus nümayəndələrinin Almaniyada Qələbənin 80 illiyi ilə bağlı keçirilən tədbirlərdən qovulması təhqirdir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Bildirilir ki, bu il yanvarın 27-də Auşvits-Birkenau (Oşvits) ölüm düşərgəsinin azad edilməsinin 80 illiyi şərəfinə keçirilən mərasimə Rusiya səfirliyinin diplomatları dəvət olunmayıb.Zaxarova vurğulayıb ki, Rusiya və Belarus nümayəndələrinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakdan kənarlaşdırılması qərarı açıq-aşkar hörmətsizlik nümayişi və tarixi həqiqətə yenidən baxmaq cəhdidir.

“Hətta bunda Almaniya xarici işlər naziri Annalena Berbok və onun komandası öz sələflərinin hərəkətlərini təkrarlayır. Bu nasizmi nümunəsidir”, – deyə Zaxarova vurğulayıb

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Haller
    Aprel 5, 2025 - 21:43

    👍🇩🇪❤️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*