Dünyanın ən böyük istehsalçısı olan TSMC, qabaqcıl çip istehsal prosesləri üçün qiymətləri artırmağa hazırlaşır.
KONKRET.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, Apple və Nvidia kimi brendlər şirkətin yeni qiymət siyasətindən xüsusilə təsirlənəcək.
Tayvanda yerləşən TSMC, 5nm və daha aşağı istehsal texnologiyaları üçün 5-10 faiz qiymət artımını planlaşdırır.
Bununla yanaşı, şirkət köhnə nəsil çiplərə endirimlər etməyi planlaşdırır. Bu addım aşağı performanslı çiplərə tələbi canlı saxlamaq və bazarı tarazlaşdırmaq məqsədi daşıyır.
Dəniz Pənahova
KONKRET.az