Bu, Türkiyəyə 50 milyard dollar qazandıracaq – Ərdoğanbackend

Bu, Türkiyəyə 50 milyard dollar qazandıracaq - Ərdoğan

Akkuyu AES-in istifadəyə verilməsi Türkiyəyə 50 milyard dollarlıq əlavə ümumi daxili məhsul (ÜDM) gətirəcək.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qiymətləndirib.

Dövlət başçısının sözlərinə görə, AES işə başlayanda 35 milyon ton karbon emissiyasının qarşısını alacaq ki, bu da milyardlarla dollara qənaət etməyə imkan verəcək.

“Atom elektrik stansiyasının tikintisinə qarşı çıxmaq, əgər bu, cahilliyin nəticəsi deyilsə, yalnız bəd niyyətlə izah edilə bilər. Belə məhdud düşüncənin nə ölkəyə, nə də xalqa heç bir faydası olmayacaq”, – Ərdoğan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*