“Bu, ukraynalıların haqqıdır” – Almaniyanın müfadiə naziribackend

“Bu, ukraynalıların haqqıdır” – Almaniyanın müfadiə naziri

“Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı müzakirələrdə Kiyevin təcili müdafiə ehtiyaclarına göz yummaq olmaz”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Almaniyanın müdafiə naziri Boris Pistorius səsləndirib.

Onun sözlərinə görə, kifayət qədər artilleriya mərmisi, uzaqmənzilli raket artilleriyası və hava hücumundan müdafiə daha vacib məsələlərdir.

Müdafiə naziri “Tairus”un tədarükü ilə bağlı müzakirələrin zərəri barədə xəbərdarlıq edib:

“Birincisi, bu müzakirə aylardır ifrata varıb. Bu, ukraynalıların haqqıdır. Ancaq hesab edirəm ki, Ukraynaya digər sahələrdə də dəstək göstərmək daha vacibdir”.

O, müdafiə məsələləri üzrə Komitənin iclasından məxfi məlumatların sızmasını “kakofoniyanın bir hissəsi” adlandırıb: “Hər kəs öz davranışı ilə ad çıxarmağa, birtəhər öz oyununu oynamağa çalışır”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*