Lənkəran Dövlət Universiteti inzibati binaya bitişik yarımçıq tikili üçün əsaslı təmir işləri görməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bununla bağlı 507 min manat dəyərində tender elan edilib.
Tenderin şərtlərinə görə, təmir zamanı köhnə dam örtüyü və dam konstruksiyaları söküləcək, suaxıdan borular dəyişdiriləcək, həmçinin polad vərəqlərdən hazırlanmış örtüklərin sökülməsi nəzərdə tutulur.
Təmir işləri Lənkəran Dövlət Universitetinin Həzi Aslanov küçəsi 50 ünvanında yerləşən inzibati binasına bitişik yarımtikili binada aparılacaq.