Onlarla istifadəçi “WhatsApp”ın təsadüfən saxta versiyasını yükləyib.
KONKRET.az xəbər verir ki, Meta şirkəti bu barədə həmin istifadəçilərə xəbərdarlıq mesajı ünvanlayıb. Xəbərdarlıqda istifadəçilərin saxta versiyanı quraşdırmağa yönləndirildiyi bildirilib. Məlumata görə, “WhatsApp”, telefonlara zərərli proqram təminatı yükləyən istifadəçiləri müəyyən edərək, onların hesablarını silib. “WhatsApp”ın təsadüfən saxta versiyasını yükləyən istifadəçilərin əksəriyyətinin İtaliyada yaşadığı bildirilib. Bildirilir ki, saxta tətbiq “Google Play Store” və “Apple App Store” kimi rəsmi kanallar vasitəsilə deyil, daha az tənzimlənən üçüncü tərəf proqram təminatı vasitəsilə yüklənib.
“WhatsApp” saxta tətbiqin İtalyanın casus proqram şirkətinə məxsus olduğunu bəyan edib.\\metbuat.az
