Bu xəstəlikdən əziyyət çəkənlərin NƏZƏRİNƏ: Maqnit qasırğasından belə qorunmaq olarbackend

Bu xəstəlikdən əziyyət çəkənlərin NƏZƏRİNƏ: Maqnit qasırğasından belə qorunmaq olar

Yer kürəsini 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası bürüyüb. Maqnit qasırğalarının insan sağlamlığına cidi təsir göstərdiyi isə heç kimə sirr deyil. Bəs görəsən, maqnit qasırğasından necə qorunmaq lazımdır?

Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, maqnit qasırğası və hava dəyişkənliyi müddətində xroniki xəstəlikdən əziyyət çəkənlər, astma, şəkərli diabet, xərçəng xəstələri, mümkün qədər çöldə olmamalıdır.

İnfeksion xəstəliklərin ev heyvanları ilə də əlaqəsi var – TERAPEVTDƏN  ƏHALİYƏ XƏBƏRDARLIQ - Avtosfer.az

“Maqnit qasırğası zamanı baş ağrısı, ürək bulanma, qusma, qarın və mədə ağrıları da baş verir. Bu hal baş verdikdə mümkün qədər istirahət etmək lazımdır. Hər hansı narahatçılıq hiss etdikdə həkimə bildirilməlidir. Özbaşına hər hansı antibiotik, ağrıkəsici, orqanizmə uyğun olmayan dərman qəbul etmək olmaz. Həkim məsləhətindən sonra hər hansı dərman vasitəsinin qəbulu məqsədəuyğundur.“

Həkim bildirir ki, sağlam qida çox vacibdir.

“Ağır qidalardan istifadə etmək olmaz. Maqnit qasırğa prosesi anında sağlam qida mütləq şəkildə həyat qurtarır. Ağır, yağlı qidalar, karbohidratlar orqanizmə həm ağırlıq edir, həm də narahat hiss etmələri ilə nəticələnir. Mümkün qədər bol maye və tərəvəzlərdən istifadə etməlidirlər.“

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*