“Bundan sonra yerli istehsalçılar dünya bazarında rəqabətə qoşula bilər” – Ekspertdən açıqlamabackend

“Bundan sonra yerli istehsalçılar dünya bazarında rəqabətə qoşula bilər” – Ekspertdən açıqlama

Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı madeinazerbaijan.gov.az istifadəyə veriləcək. Məlumata görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək.

Bəs platformanın effektivliyi barədə iqtisadçılar nə düşünür?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Elşad Məmmədov bildirib ki, yerli istehsalçılar xarici bazarda rəqabətə başlaya bilər:

“Sözsüz ki, Azərbaycanda ticarət və informasiya portalının istifadəyə verilməsi xarici ticarətin şaxələndirilməsinə və inkişafına xidmət etməlidir. Nəzərə almaq lazımdır ki, xüsusilə ixracatda qeyri-neft, qeyri-xammal sektorunun payının artması aktualdır. Bununla yanaşı, bu tip elektron platformaların effektivliyi o şəraitdə lazımi səviyyədə ola bilər ki, ölkə istehsalçılarının ixrac üçün lazım olan həcmdə və keyfiyyətdə məhsulları və imkanı olsun.  Yalnız bu halda yerli istehsalçıların xarici bazarlarda rəqabətlə üzləşəcəyinin şahidi ola bilərik”.

Ekspertin sözlərinə görə, bu məqsədlə müəyyən güzəştlər həyata keçirilməlidir:

“Bunun üçün isə ilk növbədə pul, kredit siyasətinin yumşaldılması, investisiyaların artırılması məsələləri prioritet təşkil etməlidir. Vergi güzəştləri və gömrük yumşalmalarına ehtiyac var ki, bütün bu proseslər sistemli şəkildə həyata keçirilərsə, ölkənin ixracatında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Ona görə də portalın istifadə edilməsini müsbət dəyərləndirmək olar. Amma bir çox məsələlər üzrə tədbirlər görülməli və regional iqtisadi əməkdaşlıq dərinləşməlidir”.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*