“Bunu hardan bilirsiniz?” – Təhsil eksperti ehtimal edilən keçid balından DANIŞDIbackend

“Bunu hardan bilirsiniz?" - Təhsil eksperti ehtimal edilən keçid balından DANIŞDI 

“Deyirlər ki, keçid balı 100 bal artacaq. Adama deyərlər ki, keçid balını bilmək üçün ixtisas seçiminin nəticələri məlum olmalıdır. Bal artım məsələsi dəqiq rəqəmlə ifadə edilə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri sosial media hesabında paylaşımında qeyd edib:

“Hardan bilirsiniz ki, Bakı Dünya Universitetinin kimya mühəndisliyi ixtisasına müsabiqə zamanı nə qədər adam müraciət edəcək? Bunu bilmək qeyri-mümkündür. Bunu bilmədiyiniz halda ixtisas seçimindən sonra balların filan qədər artacağınl necə iddia etmək olar? Bununla bağlı əlimizdə data yoxdur. Ümumi təxminlər və proqnozlarla onsuz da gərgin olan insanlarımızı aldatmayaq”.

Onun sözlərinə görə, keçid balları həm ixtisasa, həm də qrupa görə formalaşır:

“Keçid ballarının I qrupda 100 bal, II qrupda 150 bal artacağını proqnozlaşdırırlar. Keçid balları qrupa görə formalaşmır. Keçid balları ixtisasa, ixtisasa olan müraciətlərə görə, həmçinin plan yerlərinə nisbətdə formalaşır. Keçid balı artımı məsələsi dəqiq rəqəmlə ifadə edilə bilməz”.

Aygün Mirakif,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*