Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların gedişatını müsbət qiymətləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Zarubin Putindən “xüsusi əməliyyatın” gedişatını necə qiymətləndirdiyini soruşub.
“Müsbət. Qoşunlarımız qəhrəmancasına döyüşürlər. Bəzi bölgələrdə onlar özləri hücuma keçirlər. Düşmən üçün gözlənilmədən ən sərfəli mövqelər alınır. Və düşmənin bizim müdafiəni yarıb keçmək cəhdləri uğursuzluqla nəticələnir”, – deyə Putin qeyd edib.
Prezident Rusiya ordusunun gələcək vəzifələrindən danışmayıb.
“Mən bunu sizə kameralar söndürüldükdə ayrıca deyə bilərəm”, – Putin bildirib.
Burhan,
KONKRET.az