Bunu Yevlaxa gedənlərdən soruşun! – Akopyanbackend

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Artıq Ermənistan-Azərbaycan sərhədində əmin-amanlıq hökm sürür.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Qraçya Akopyan jurnalistlərə açıqlamasında deyib.

Hakim komandanın üzvü ABŞ-da iki ölkə arasında paraflanmış sülh sazişinin iki ölkə arasında sülhün formalaşmasında mühüm rol oynadığını bildirib:

“Həmin sənəd üzərində hər gün işləməyə ehtiyac var ki, yekun sülh yaransın. Bəli, indi iki ölkə arasında sülh var”.

Jurnalistlərin Qarabağın Azərbaycana təhvil verilməsi ilə bağlı sualına Akopyan cavab olaraq, bunun Yevlaxa gedənlərdən soruşulmalı olduğunu qeyd edib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında görüş keçirilmişdi. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*