“Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə münasibətlərin dondurulması ilə bağlı sözləri hüquqi yox, siyasi qiymətləndirmədir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə bildirib.
“Baş nazirin bəyanatı KTMT ilə münasibətlərin indiki mərhələsini nəzərdə tutur. Amma o da var ki, Ermənistanla KTMT arasında münasibətlərdə irəliləyiş yoxdur və Ermənistan son vaxtlar KTMT-nin işində iştirak etmir. KTMT-nin fəaliyyəti və ya hərəkətsizliyi ilə bağlı dəfələrlə səsləndirdiyimiz mövqeyi nəzərə alsaq, baş nazirin bəyanatı vəziyyətin konkret təsbitidir. Yəni indiki mərhələdə KTMT ilə münasibətlər dondurulur. Bunun ardınca hərəkətlər olacaq, ya yox, bunu zaman göstərəcək”, – Xandanyan bildirib.
“Ermənistanın KTMT-dən nə vaxt çıxacağı ilə bağlı suala Xandanyan belə cavab verib: “Bunu zaman göstərəcək. Əgər sabah bu qərarın verilməsi zərurəti yaranarsa, qərar da o zaman veriləcək”.
Natiq Səlim,
KONKRET.az