“Bunun baş verməyəcəyi aydındır” – Tatoyandan Azərbaycandakı əsirlərlə bağlı AÇIQLAMAbackend

“Bunun baş verməyəcəyi aydındır” – Tatoyandan Azərbaycandakı əsirlərlə bağlı AÇIQLAMA

“Seçki kampaniyası dövründə Azərbaycanda saxlanılan əsirlərin (əslində diversantlar) geri qaytarılması barədə spekulyasiya etmək sadəcə qəbulolunmazdır”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan özünün Facebook səhifəsində yazıb:

“Bunun baş verməyəcəyi aydındır və spekulyasiya edənlər sadəcə gərginliyi artırır. Əsirlərin geri qaytarılması prosesini daha da çətinləşdirirlər. Beləliklə də Azərbaycan üçün əsirlərin (diversantların)  qaytarılması məsələsində  “qiymət” artır – deyə Tatoyan vurğulayıb.

O, Azərbaycanda həbsdə olan  (diversantların) geri qaytarılması üçün real səylərin göstərilməsinin vacibliyini qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*