Bura Bakının mərkəzidir – Təkcə ana dilimiz yoxdurbackend

Bura Bakının mərkəzidir - Təkcə ana dilimiz yoxdur

Təəssüflər olsun ki, bəzən bir sıra ictimai iaşə obyektləri öz ana dilimizə biganəlik edir. Belə obyektlərin əsas məqsədi qazanc əldə etmək olduğu üçün, mənəvi dəyərlər artıq yaddan çıxır.

KONKRET.az “Qafqazinfo”ya xəbər verir ki, belə xoşagəlməz addımlardan biri də Bakının mərkəzində fəaliyyət göstərən və geniş müştəri kütləsi olan “Happy Moon’s Cafe” tərəfindən atılıb.

Nizami küçəsində fəaliyyət göstərən bu restorana yaxınlaşan müştərilərə menyu üç dildə təqdim olunur – ingilis, türk və rus.

Türk restoranı kimi müştərilərə xidmət göstərən, amma azərbaycanlılar tərəfindən idarə olunan obyektə gələn yerli qonaqlar da menyudan öz doğma dillərində yox, digər dillərdə seçim etməlidirlər. Maraqlıdır, görəsən, Türkiyədə, İngiltərədə və ya Rusiyada yerli vətəndaşa Azərbaycan dilində menyu təqdim etmək mümkündürmü? Yəqin ki, yerli vətəndaşın buna reaksiyasını təxmin etmək elə də çətin deyil.

“Happy Moon’s Cafe”nin Azərbaycan dilinə qarşı hörmətsizliyini əks etdirən fotonu təqdim edirik.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*