“Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq” – Çavuşoğlubackend

"Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq" - Çavuşoğlu

“İyulun 12-də Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi brifinqdə deyib.

XİN başçısı bildirib ki, Azərbaycan yalnız deyil: “Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik. Bu təxribat nəticəsində həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”.

M.Çavuşoğlu xatırladıb ki, Ermənistan illərdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır: “Biz beynəlxalq hüquq və qərarlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmasını arzu edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*