Bütün ölkə istefanın tərəfdarıdır – İmzatoplama aksiyası davam edirbackend

Bütün ölkə istefanın tərəfdarıdır - İmzatoplama aksiyası davam edir

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu xəbər verir ki, “Avropa Belarusu” Vətəndaş Kampaniyasının fəalları bir həftədir imza toplamaq üçün piket keçirir. Fəallar təkcə Minskdə deyil, həm də Bobruisk, Mozır, Svetloqorsk, Brest və Slonimdə insanlarla görüşürlər. İnsanlar imza toplamaq, vətəndaşlıqlarını ifadə etmək və problemlərindən danışmaq üçün piketlərdə fəal iştirak edirlər. Brest şəhərindən olan “Avropa Belarusu”nun fəalı Polina Şarendo-Panasyuk vurğulayıb ki, taksi sürücüləri də aktivistlərə pulsuz xidmət göstərir. Siyasi kampaniyada tanınmış jurnalist İrina Xalip də iştirak edir. Aksiyanın tərəfdarları Lukaşenkonun impiçmentini tələb edir. Şüarlarda  “Patriarxın payızı”, “Bütün ölkə impiçmentin tərəfdarıdır”, “Lukaşenkonu istirahətə göndərməyin vaxtı gəldi”, “Tiran hakimiyyətinə son!” sloqanları səsləndirilir.

Çıxışlarda deyilir ki, “Belarus vətəndaşları əlbəttə ki, daha yaxşı bir həyat görəcəklər, amma bu, mübarizə nəticəsində mümkün olacaq”

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*