Sumqayıtda buzlu yolda gənc avtobusun arxasından tutaraq sürüşüb. Hadisə şəhərin mərkəzində baş verib.
KONKRET.az xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər.
“Eyni zamanda bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!”, – deyə məlumatda bildirilib.//Milli.az