Xəbər verdiyimiz kimi, bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.
14:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən KONKRET.az-a verilən xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.