BVF-nin iqtisadi artım proqnozu Azərbaycan hökumətinin gözləntilərini üstələdibackend

BVF-nin iqtisadi artım proqnozu Azərbaycan hökumətinin gözləntilərini üstələdi

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yeniləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında bildirilib. BVF 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu aprel proqnozuna nisbətən 0,5% bəndi azaldaraq 2,5 %-ə endirib.

Fond 2024 və 2028-ci illərdə eyni həcmdə, yəni 2,5% artım proqnozlaşdırıb. Bu isə əvvəlki proqnozdan 0,1 bəndi azdır.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb. Bu isə o deməkdir ki, BVF-nin iqtisadi artım proqnozu Azərbaycan hökumətinin gözləntilərindən yüksəkdir.

Mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*