BVF: “Ölkəyə qoyulan investisiyalar azalır, manatın məzənnəsi süni şəkildə saxlanılır”backend

BVF: "Ölkəyə qoyulan investisiyalar azalır, manatın məzənnəsi süni şəkildə saxlanılır"

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin rəhbəri Natalia Tamirisa bu ölkənin iqtisadi vəziyyəti ilə bağlı hesabatla çıxış edib.

BMF rəsmisinin sözlərinə görə Türkmənistan məzənnəyə ciddi nəzarət siyasətini davam etdirir. Ölkəyə səfər edən fond ekspertləri hökuməti inzibati nəzarəti ləğv etməyə, yaxın hədəfli kreditləşmə siyasətindən imtina etməyə və bazar rəqabəti yaradan iqtisadi siyasətin davam etməyə və buna uyğun olaraq mal və xidmətlərin rəqabət qabiliyyətini artırmağa çağırıb.

Hesabatda insan kapitalına – vətəndaşların sağlamlığı və təhsilinə xərclərin artırılması da tövsiyə olunur.

Natalya Tamirisa hazırkı maliyyə siyasətini tənqid edib, karbohidrogen hasilatının azalması riskinin olmasından danışıb.

BVF rəsmisi bildirib ki, ölkədə xarici investisiyaların həcmi azalmaqda davam edir: 2015-ci ildə xarici investisiyalar ÜDM-in 8,6 faizi, 2016-cı ildə – 5,4%, 2017-ci ildə – 4%, 2018-ci ildə – 3,5%, 2019-cu ildə isə investisiyaların 3 faizə qədər azalması proqnozlaşdırılır.

Əvvəlki investisiyalardan gələn gəlirlər səbəbindən investorlar üçün risk hələ də çoxdur.

Manatın “əsaslı” bahalaşması, valyuta tənzimlənməsi, “xarici maliyyələşdirmə xərclərinin artması və geosiyasi amillər” investisiya həcmlərinə mənfi təsir göstərir.

Natalya Tamirisa vurğulayıb ki, “Dövlətin iqtisadiyyatda varlığını azaltmaq və iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək iqtisadi səmərəliliyi artırmaq və bazarı inkişaf etdirmək üçün vacibdir”.

BVF nümayəndə heyətinin Türkmənistana növbəti səfəri 2020-ci ilin mart ayında gözlənilir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*