Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyla uzunmüddət eşq yaşayan aktrisa Duyğu Sarışın yeni sevgilisi ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Sarışının professor Mete Atatüre ilə münasibət yaşadığı üzə çıxıb.
Belə ki, Atatürenin mükafat aldığı mərasimə Duyğu da qatılıb. Aktrisanın tədbirdə iştirakı mətbuatda maraq doğurub.
Daha sonra cütlüyün eşq yaşadığı ortaya çıxıb.
Qeyd edək ki, Mete Atatüre kvant optikası və kvant texnologiyaları sahəsində apardığı işləri ilə tanınır. Duyğu isə hazırda “Kızıl Goncalar” serialında “Hande” rolunu canlandırır.
Xatırladaq ki, Çağatay Ulusoyla Sarışın 7 illik münasibətlərini 2023-cü ilin yanvar ayında sonlandırıblar.