Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldubackend

Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarı olub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.

O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84,5% paya malik olub. Səhmlərin 15,2%-nə “VIP Aviation Services” MMC, 0,3%-nə isə Elvira Əhmədova nəzarət edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2021-cü ilin yekununda onun nizamnamə kapitalı 154,6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə Bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12,9% artıraraq 174,6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*