Çakır “Qurdlar vadisi”nin davamında rol alacaq?backend

Çakır “Qurdlar vadisi”nin davamında rol alacaq?

“Qurdlar vadisi” serialının davamı adlandırılan “Yalnız qurd”la (Yalquzaq) bağlı yeni iddia səsləndirilib.

KONKRET.az Olay.az-a istinadla xəbər verir ki, ATV-də ekrana gələcək serialın aktyor heyəti maraq doğurub. Belə ki, serialda baş rolları Hasan Dəniz Yaran, Kürşad Alnıaçıq və Damla Colbay kimi simalar paylaşır.

Bununla yanaşı, Oktay Kaynarcanın (“Qurdlar vadisi”ndə Süleyman Çakır obrazının yaradıcısı) qəfil ekrana vida edən “Eşkiya dünyaya hükmdar olmaz” serialından sonra “Yalnız qurd”da rol alacağı deyilir. Həmçinin, digər məşhur aktyor Kənan İmirzalıoğlunun da bu ekran işində olacağı söylənilib.

Qeyd edək ki, “Yalnız qurd” Osman Sınavın rəhbərliyi ilə lentə alınır. Serial dekabr ayının sonlarında ekrana gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*