Tekirdağda məşhur türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ikimərtəbəli ev yanaraq külə dönüb.
KONKRET.az xəbər verir ki, küləkli hava səbəbindən qısa müddətdə şiddətlənən və bütün binaya yayılan yanğın 2 saat sonra söndürülüb.
Lakin alovun qarşısı alınsa da, ev yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Rəşad Nuri Güntəkin türk ədəbiyyatının incilərindən olan “Çalıquşu” romanının bir hissəsini həmin evdə yazıb.
Qafqazinfo.az