Süni olmayan, yəni əsl milad ağacında qışlayan gənələr ev heyvanlarında xəstəliyə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, baytarların sözlərinə görə, Yeni ili qarşılamaq üçün evə canlı küknar gətirəndə ağac isinir, orada qışlayan gənələr də oyanmış olur. Onlar ev heyvanlarında piroplazmoza (qızdırması qalxa bilər) səbəb ola bilər.
Bu baxımdan evdə süni yolka qoymaq məsləhətdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az