Çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs həbs edildibackend

Çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs həbs edildi

Biləsuvarda çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*